Həkimlər ürəyi 18 dəfə dayanan kişini xilas etdilər - VİDEO

Həkimlər ürəyi 18 dəfə dayanan kişini xilas etdilər - VİDEO
17:54

Rusiyalı həkimlər növbəti dəfə qəhrəmanlıq göstəriblər. Kabardin-Balkarda həkimlər tibbi prosedurlar zamanı ürəyi 18 dəfə dayanan 47 yaşlı xəstəni xilas ediblər. Bu barədə regional Səhiyyə Nazirliyi məlumat yayıb.


Qeyd edilib ki, kişi ürək çatışmazlığı əlamətləri ilə tibb müəssisəsinə gətirilib. Mütəxəssislər xəstəni tez bir zamanda reanimasiya etməyə başlayıb, sonra onu süni nəfəs aparatına qoşublar. 18 dəfə ürək dayanmasına baxmayaraq, kişinin vəziyyəti stabilləşib.


Lakin cəmi iki gün sonra xəstəyə ağciyər emboliyası diaqnozu qoyulub və ona yenidən müdaxilə olunub. "Kişi hazırda özünü yaxşı hiss edir və ambulator müşahidə üçün evə buraxılıb", - nəşr yazır.


Tural


Sizin reklam burada
Sizin reklam burada