Gürcüstandan göndərilən pul baratlarının həcmi artıb- İLGİNC SƏBƏB

Gürcüstandan göndərilən pul baratlarının həcmi artıb- İLGİNC SƏBƏB
14:46

Dövlət Statistika Komitəsinin məlumatına görə 2026-cı ilin birinci rübündə Azərbaycan ilə Gürcüstan arasında fiziki şəxslər üzrə pul baratlarının ümumi həcmi 15.94 milyon dollar təşkil edib. Bu dövrdə Gürcüstandan Azərbaycana köçürülən pul baratlarının həcmi illik müqayisədə 53.2% artaraq 10.32 milyon dollara çatıb. Bəs, bu qədər fərqin yaranmasının səbəbi nədir?

Mövzu ilə bağlı danışan iqtisadçı Natiq Cəfərli deyir ki, həmişə Azərbaycandan Gürcüstana köçürmələr daha çox olub:

“Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı, Bakıdakı qohumları onların ayaqda qalmasına yardım edirdi. İndi tərsinə olub. Gürcüstandan bura, ölkəmizə fiziki şəxslərin pul köçürməsi artıb. Çox güman, bu artımın səbəblərdən biri də, Azərbaycandan qonşu-dost ölkəyə işləməyə gedən, orda pul qazanıb ailələrinə göndərmələridir. Bu yerdə məşhur rus ifadəsi yada düşür: «дожили»…”

News365.az


Sizin reklam burada
Sizin reklam burada