Orduda yeni dövr: Bakı və Ankara vahid hava əməliyyat sisteminə keçir

Orduda yeni dövr: Bakı və Ankara vahid hava əməliyyat sisteminə keçir
16:01

Müasir hərbi münaqişələr və sürətlə dəyişən müharibə taktikaları Hərbi Hava Qüvvələrinin əməliyyat imkanlarının maksimum dərəcədə genişləndirilməsini zəruri edir. Bu baxımdan Azərbaycan və Türkiyənin orduları arasında inteqrasiyanın növbəti mərhələyə adlaması xüsusi önəm kəsb edir.

Məsələ ilə bağlı News365.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, iki qardaş ölkə arasında vahid hava məkanının təhlükəsizliyi istiqamətində artıq mühüm təcrübə mövcuddur:

"Bundan əvvəl də Türkiyə və Azərbaycanın vahid hava məkanını qoruması üçün ciddi addımlar atılmışdı. Xüsusilə ASELSAN şirkətinin istehsalı olan "HAKİM" İdarəetmə Sistemi hər iki ölkənin Hərbi Hava Qüvvələrində uğurla tətbiq edilmişdi."

Ekspertin sözlərinə görə, təqdim olunan yeni idarəetmə mexanizmi mövcud imkanları daha da genişləndirməyə hesablanıb. Bu sistem vasitəsilə:

  • Ortaq hava əməliyyatları tam rəqəmsallaşdırılmış platforma üzərindən planlaşdırılacaq,

  • Əməliyyatların icra prosesi və nəticələrin qiymətləndirilməsi vahid mərkəzdən idarə olunacaq,

  • Komanda-idarəetmə mərkəzlərindəki heyət daxil olan informasiyalar sayəsində bütöv döyüş mənzərəsini aydın görərək döyüşü daha səmərəli idarə edə biləcək.

Ə.Verdiyev əlavə edib ki, müasir sistem əməliyyat məlumatlarının real vaxt rejimində (onlayn) ötürülməsinə, izlənilməsinə və kritik məqamlarda anında operativ qərarların qəbul edilməsinə imkan yaradacaq.


Sizin reklam burada
Sizin reklam burada