Dövlət
Statistika Komitəsinin məlumatına görə 2026-cı il iyulun 1-i vəziyyətinə Azərbaycanda
mikro sahibkarlıq subyektlərinin sayı 199 min 604-ə çatıb. Mikro sahibkarlıq
subyektləri ölkədə fəaliyyət göstərən kommersiya təşkilatlarının 92,7%-ni təşkil
edib. mikro sahibkarlıq subyektlərinin böyük hissəsi Bakı şəhərində cəmləşib.
Paytaxtda 139 min 41 mikro sahibkarlıq subyekti fəaliyyət göstərir ki, bu da
ölkə üzrə ümumi sayın 69,7%-nə bərabərdir.
Məsələ ilə
bağlı danışan iqtisadçı Natiq Cəfərli
deyib ki, bir neçə cümləlik bu rəsmi məlumat, rəqəmlərin analizi və yaranan
suallar, ölkə iqtisadiyyətanın acınacaqlı durumda olduğunu, daxili miqrasiyanı,
yaranlış disbalansı, hətta Bakldakı tıxacları belə izah edir:
“İqtisadiyyar
Nazirliyinə sual verək: ölkədə fəaliyyət göstərən kommersiya təşkilatlarının
92,7%-ni mikro sahibkarlıq təşkil edir - əla saslənir, bəs 93% ə yaxın bu
subyektlər büdcənin və ÜDM in neçə faizini formalaçdırır?!
Yaxşı, bu
subyektlərin 70%-i niyə Bakıdadır?! Bütün ölkəyə cəmi 30% qalır, bəs hanı
regionların inkişaf proqramlarının nəticəsi?!”
News365.az