Azərbaycanda
dollara maraq azalır. Bunu biz yox, rəqəmlər deyir. Məsələn 2 il əvvəlki illə
müqayisədə hərraclarda satılan dolların həcmi bu illə müqayəsədə nə az, nə çox
7 dəfə artıq idi. İndi isə demək olar ki, dollar alan yoxdur.
Mövzu ilə bağlı
danışan iqtisadçı Natiq Cəfərli
deyib ki, 2026-cı ilin ilk altı ayında Mərkəzi Bankın keçirdiyi valyuta hərraclarında
757 milyon ABŞ dolları satılıb:
“Müqayisə
üçün: 2025-ci ilin eyni dövründə bu rəqəm 2,7 milyard ABŞ dolları, 2024-cü ilin
ilk altı ayında isə 3,5 milyard ABŞ dolları olub.
Dollara təlabat
düşüb, çünki iqtisadi aktivlik azalıb, ÜDM artımı 0% civarındadır. Dollara tələbin
kəskin azalması yaxşı bir gedişat deyil - idxal düşüb, çünki insanların alım
gücü azalır, qiymətlət yüksək, real gəlirlərin artım tempi isə aşağıdır.
Hökumətin səhv
təsbiti burda da özünü göstərir - hələ də əsas problemi büdcə gəlirlərin
azalmasında görürlər, biznes və vətəndaşa əlavə maliyyə yükü gətirməklə bu məsələni
həll etməyi düşünürlər. Bu isə əks-effekt verir, iqtisadi aktivliyi daha da zəiflədir
və büdcə daxilolmaları artmır. Əsas hədəf iqtisadiyyatı canlandırmaq olmalıdır,
bütün qərarlar bu yöndə alınmalıdır - o zaman büdcə gəlirləri də artacaq.
İndiki yol
iqtisadiyyatı boğur...”
News365.az