Xalq artisti Flora Kərimova mərhum Xalq artisti İlhamə Quliyeva ilə illərlə davam edən səs-küylü qalmaqalı və münasibətləri haqqında diqqətçəkən etiraflar edib.
News365.az-ın məlumatına görə, sənətkar İ.Quliyevanın sağlığında onunla barışmaq üçün dəfələrlə cəhd etdiyini, lakin bunu qəbul etmədiyini bildirib:
"İlhamə xanım il yarım çalışdı ki, mənimlə barışsın. Televiziyada da dedi, vasitəçilər də göndərdi, verilişlərdə də dilinə gətirdi, qızımı da, məni də təriflədi. Amma mənim çox dönməz xasiyyətim var. Mən bağışlamıram, daha doğrusu, bağışlamağı bacarmıram. Mənim şəxsiyyətim var, mən mənəviyyatımın və şəxsiyyətimin sahibiyəm."
F.Kərimova İlhamə Quliyevanın dəfn mərasiminə qatılmamasının səbəbini də açıqlayıb:
"İlhamə xanımı son mənzilə yola salanda dəfninə getmədim, gedə də bilməzdim. Çünki deyəcəkdilər ki, öləndən sonra gəldi..."