Türkiyədən Azərbaycana səfərə gələn 20 nəfərlik media mənsubları ilə yanaşı nümayəndə heyəti Bakıda Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət ediblər.
News365.az-ın məlumatına görə, ziyarət Türkiyə Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi (TADİV) və Kültürlerarası Ağ Derneğinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Sülhün coğrafiyası: Qarabağ – Cənubi Qafqazda quruculuq, sabitlik və regional əməkdaşlıq" proqramı çərçivəsində həyata keçirilib.
Ziyarətçilər şəhidlərin məzarlarına gül dəstələri qoyaraq ehtiramlarını ifadə ediblər.