Türk müğənni süni intellektdən qorxur

Türk müğənni süni intellektdən qorxur
13:27

Türkiyəli müğənni Dərya Uluğ süni intellektin musiqinin gələcəyinə mənfi təsir göstərdiyini bildirib. O deyib ki, mahnıların ərsəyə gəlməsi üçün aylarla çəkilən zəhmətin süni intellekt tərəfindən dəyərsizləşdirilməsi narahatlıq doğurur.

News365.az
xəbər verir ki, Dərya Uluğ ötən axşam Şimali Kiprdə yerləşən "Nuhun Gemisi Hotel"də pərəstişkarları qarşısında konsert proqramı ilə çıxış edib. Müğənni səhnəyə çıxmazdan əvvəl jurnalistlərin suallarını cavablandırıb.

Uluğ bildirib ki, texnologiya aranjiman və ideyaların hazırlanması mərhələsində faydalı ola bilər, lakin insan hisslərini və yaradıcılığını əvəz edə bilməz. Müğənni süni intellektin musiqi platformalarında getdikcə daha çox yer tutmasından narahat olduğunu da gizlətməyib:

"Biz mahnıları ərsəyə gətirmək üçün aylarla zəhmət çəkirik. Gitara, simli alətlər və digər bütün ifalar studiyada canlı şəkildə yazılır. Musiqiçilik çox dəyərlidir. İnsanlar bəzən yeməyindən kəsib musiqi aləti alır. Onların əməyinin süni intellekt tərəfindən dəyərsizləşdirilməsi çox qorxuludur. Bir mahnının arxasında təkcə ifaçı deyil, bəstəkar, söz müəllifi, aranjimançı və studiya musiqiçilərindən ibarət böyük bir komanda dayanır".

Dərya Uluğ canlı musiqi yazılarının əhəmiyyətini də vurğulayıb: "Hər notda, hər yazıda illərin təcrübəsi və alın təri var. İncəsənətin və musiqinin davamlı inkişafı üçün bu əməyə lazımi hörmət göstərilməlidir. Əmək görünməz olduqda təkcə sənətçilər deyil, musiqinin gələcəyi də zərər görür".

Müğənni 10 illik münasibətdən sonra nişanlandığı Asil Gök ilə toy planlarından da danışıb: "Allahın izni ilə hər hansı maneə olmasa, 2027-ci ilə evli cütlük kimi qədəm qoyacağıq. Yeni ildən əvvəl, qarşıdakı dörd ay ərzində ailəmiz və yaxınlarımızla birlikdə sadə, xoşbəxt bir axşam keçirməyi xəyal edirik".


Sizin reklam burada
Sizin reklam burada