Bakıda 4 yaşlı uşağın faciəli ölümünün TƏFƏRRÜATI - VİDEO

Bakıda 4 yaşlı uşağın faciəli ölümünün TƏFƏRRÜATI - VİDEO
17:51

Bakının Xətai rayonunda 2022-ci il təvəllüdlü İbrahim Qafarlının binanın 13-cü mərtəbəsindən yıxılaraq ölməsinin təfərrüatı məlum olub.

Baku TV-nin məlumatına görə, 4 yaşlı uşaq pəncərə toruna söykənib.

Nəticədə İ.Qafarlı ağırlığa tab gətirməyən torla birlikdə pəncərədən düşərək həyatını itirib.

***

11:33

Bakının Xətai rayonunda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq ölüb.

News365.az APA-ya istinadən xəbər verir ki, hadisə avqustun 1-də baş verib.

    2022-ci il təvəllüdlü İ.Q. R.Məmmədov küçəsində 13-cü mərtəbədə yaşadıqları mənzilin pəncərəsindən ehtiyatsızlıqdan yıxılaraq ölüb.

    Araşdırma aparılır.


    Sizin reklam burada
    Sizin reklam burada