Zelenski Umerovu Xarici Kəşfiyyat rəisi təyin edir

Zelenski Umerovu Xarici Kəşfiyyat rəisi təyin edir
14:05

Ukrayna Prezidenti Volodimir Zelenskinin Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovu Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin edəcəyi bildirilir.

News365.az xəbər verir ki, bu barədə UNIAN agentliyinə məlumatlı mənbə bildirib.

Mənbənin sözlərinə görə, dövlət başçısı yaxın vaxtlarda Rustem Umerovun Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin olunması barədə qərar verəcək.

Məlumata əsasən, Umerovun yerinə - Milli Təhlükəsizlik və Müdafiə Şurasının yeni katibi vəzifəsinə Ukraynanın sabiq daxili işlər naziri İqor Klimenkonun gətiriləcəyi gözlənilir.

Zelenski Rustem Umerovu Xarici Kəşfiyyat Xidmətinə rəhbər təyin edir


Sizin reklam burada
Sizin reklam burada