Fransa: "15 ölkə Kiyevə təhlükəsizlik zəmanəti verməyə hazırdır"

Fransa: "15 ölkə Kiyevə təhlükəsizlik zəmanəti verməyə hazırdır"
08:45

15-ə yaxın ölkə Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin təmin edilməsində iştirak etməyə hazır olduğunu bəyan edib. Bunu Almaniya, Polşa, İtaliya və Böyük Britaniyanın müdafiə nazirlikləri rəhbərlərinin Parisdə keçirdiyi mətbuat konfransında Fransanın müdafiə naziri Sebastyan Lekornu deyib.

Onun sözlərinə görə, bu ölkələrin nümayəndələri əvvəllər də Ukrayna üçün hansı təhlükəsizlik təminatlarının ola biləcəyini müzakirə ediblər: "Baş qərargah rəisləri uzunmüddətli sülh və ya ən azı atəşkəs üçün təhlükəsizlik arxitekturasının nə ola biləcəyi barədə  siyasi liderlərə təqdim etmək üçün fərziyyələr hazırlamağa başladılar".

Lekornu əlavə edib ki, təhlükəsizliyin ilk qarantiyası Ukrayna ordusunun özü olaraq qalır, bununla əlaqədar Kiyevə yardım və dondurulmuş Rusiya aktivlərindən istifadə məsələsi fəal müzakirə olunmaqda davam edir.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Sizin reklam burada
Sizin reklam burada