Yaxın Şərqdə təxminən altı aylıq missiyanı başa vuran ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus nüvə enerjili təyyarədaşıyan gəmi “USS George H.W. Bush” Taylandın Puket adasına çatıb. Minlərlə hərbçinin olduğu gəminin heyəti bir neçə gün ərzində istirahət edəcək.
News365.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə enerjili təyyarədaşıyan gəmisi “USS George H.W. Bush” Yaxın Şərqdə təxminən altı ay davam edən missiyasını başa vurduqdan sonra Taylandın Pxuket adası sahillərinə gəlib. Gəmi oktyabrın 4-dən 9-dək bölgədə qalacaq.
Təxminən 4 800 hərbçi və heyət üzvünün olduğu gəminin Puketə səfəri şəxsi heyətin istirahəti və məzuniyyəti məqsədi daşıyır. Uzunmüddətli xidmət və əməliyyatlardan sonra ekipaj üzvlərinə sahilə çıxmağa icazə veriləcək.
“USS George H.W. Bush” Pxuket sahilindən təxminən 3,3 kilometr aralıda lövbər salıb. Gəminin böyük ölçülərinə görə limana daxil olmaq əvəzinə sahildən kənarda yerləşməsi məqsədəuyğun hesab edilib.
“Nimitz” sinfinə aid nüvə enerjili təyyarədaşıyan gəmi mart ayında başlayan missiyası zamanı ABŞ-ın Yaxın Şərqdəki əməliyyatlarına dəstək verib. Pxuketə səfər uzunmüddətli missiyanın başa çatmasından sonra gəmi heyətinə verilən ilk genişmiqyaslı istirahət imkanı olub.