Əməkdar artist Elton Hüseynəliyev Xalq artisti Flora Kərimova haqqında fikirlərini bölüşüb.
News365.az Axşam.az-a istinadən xəbər verir ki, müğənni bu barədə “Qonaqcanlı” verilişində danışıb. E.Hüseynəliyev bildirib ki, əvvəllər 45 yaşında səhnədən gedəcəyini düşünsə də, indi bu fikirdə deyil:
“30 yaşımda deyirdim ki, 45 yaşımda səhnədən gedərəm. Amma indi 44-ə çatdım, görürəm ki, yox. Elə sənət adamları var ki, getməlidir. Bir çoxları söz deyirlər, ad çəkmirlər. Mən ad da çəkərəm. Flora xanım elə bir sənətkar, böyük ifaçıdır ki, bundan sonra oxumağına ehtiyac yoxdur. Elə mahnılar oxuyub, möhürünü vurub ki... Onun mahnılarını oxumaq hər müğənninin işi deyil.
Flora xanım otursun, biz onun üçün oxuyaq, onu əzizləyək. Özünün oxuması isə... Nə qədər gənc ifaçılara dəstək olub, amma onun kimi ifaçını incidirlər. Tez-tez məhkəmələrə müraciət edir.
Arzumdur ki, Flora Kərimova ilə duet oxuyum”.