Hörmüz boğazından keçən tankerdə partlayış olub.
News365.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.
Bildirilir ki, Omanın Xəsab şəhərindən 8 dəniz mili şimalda tankerin göyərtəsinə mərmi dəyib.
Partlayışdan sonra gəmidə yanğın olub. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.