Türkiyənin “Fənərbağça” futbol klubu komandaya Azərbaycanda olduğu müddətdə göstərilən isti münasibət və dəstəyə görə təşəkkür edib.
Klubun rəsmi səhifəsində bununla bağlı paylaşım yayımlanıb.
“Fənərbağça” iki qardaş ölkə arasındakı möhkəm əlaqələri vurğulayaraq “Turan Tovuz”un prezidenti Ehtiram Quliyevə, klub rəhbərliyinə və bütün Azərbaycan xalqına qonaqpərvərliyə görə minnətdarlığını bildirib.
Klub həmçinin komandaya dəstək göstərən azərbaycanlı azarkeşlərə və Azərbaycana gələn “Fənərbağça” fanatlarına xüsusi təşəkkür edib.
“Varlığınız üçün təşəkkürlər, yaxşı ki, biz ‘Fənərbağça’yıq”, – deyə klubun müraciətində bildirilib.
Qeyd edək ki, yoldaşlıq görüşündə “Turan Tovuz” “Fənərbağça”ya 0:2 hesabı ilə məğlub olub. Qarşılaşmadan əldə olunan gəlir Qarabağ Dirçəliş Fonduna yönəldiləcək.