"Ermənistan sülhə hazır deyil və təxribatlarını davam etdirir"- Zaur Məmmədov

"Ermənistan sülhə hazır deyil və təxribatlarını davam etdirir"- Zaur Məmmədov
26 Mar 2025 09:18

Politoloq Zaur Məmmədov feysbuk səhifəsində paylaşım edib. 

News365.az xəbər verir ki, O,  Ermənistan və Azərbaycan arasında olan münaqişədən yazıb. 

"Yenidən bu mövzuya qayıdırıq. 

Ermənistan sülh müqaviləsinə hazır deyil və Azərbaycana qarşı təxribatlarını davam etdirir.

1. Avropada Qarabağ erməmilərinin qayıdışı ilə bağlı parlamentlərdə dinləmələr və bunun mümkün fəsadları.

Bu, mövzu ilə bağlı kütləvi təzyiq deməkdir və danışıqların ümumi məcrasını dəyişən amildir.  

A) Qarabağda separatçılıq 30 il davam edib və Azərbaycan 2023-cü ilin sentyabrında həyata keçirdiyi lokal antiterror tədbirləri ilə bu məsələyə son qoyub. Əgər Avropa ölkələrinin təzyiqi ilə Qarabağ ermənilərinin qayıdışı mümkün olarsa, bu, yeni separatçı hərəkatların baş qaldırmasına yol aça bilər.

Ermənilərin geri qayıdışı baş verərsə, bu prosesin Rusiya və Qərbin nəzarətində olması ehtimalı artır. Bu da Azərbaycanın suverenliyinə qarşı təxribatlara şərait yarada bilər. Qarabağ erməniləri arasında  hələ də müxtəlif erməni terror təşkilatlarının keçmiş üzvləri və radikal qruplaşmalar mövcuddur. Onların yenidən aktivləşməsi təhlükəsizlik üçün risklər yarada bilər.

B. Hüquqi və beynəlxalq təsirlər

Azərbaycanın suverenliyinə müdaxilə cəhdləri.

Qarabağ Azərbaycan ərazisidir və hər hansı bir etnik qrupun xüsusi statusu olmadan geri qayıtması mümkündür. Lakin Avropa qurumları bu prosesi beynəlxalq nəzarət altında həyata keçirmək istəsə, Azərbaycanın daxili işlərinə müdaxilə etmək kimi görünə bilər.

C) Əgər Avropa və Ermənistan qayıdış məsələsində israrlıdırsa, o zaman Qərbi Azərbaycanlıların Qayıdışı məsələsi, hansı ki, Aİ, Azərbaycan və Ermənistan liderləri arasında gprüşlərdən birində səsləndirilib - diqqətə alsın. 

Qərbi Azərbaycanlılar – yəni, indiki Ermənistan ərazisindən XX  əsrin müxtəlif mərhələlərində zorla qovulmuş azərbaycanlılar – öz tarixi torpaqlarına qayıtmaq hüququna malikdirlər. Bu hüquq beynəlxalq hüquq normaları, humanitar dəyərlər və etnik təmizləmə qurbanlarının haqlarının bərpası prinsipləri ilə tənzimlənir. 

-  Hüquqi Əsaslar

Beynəlxalq Hüquq və İnsan Haqları

Qərbi azərbaycanlıların qayıdış hüququ bir sıra beynəlxalq sənədlərlə təsbit olunub:

BMT-nin Ümumdünya İnsan Haqları Bəyannaməsi (1948) – 13-cü maddəyə əsasən, hər bir insan öz ölkəsinə qayıtmaq hüququna malikdir.

Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt (1966, BMT) – Bu sənəd də insanların zorla didərgin salınmasının qeyri-qanuni olduğunu və qayıdış hüququnun toxunulmaz olduğunu təsdiqləyir.

Qaçqınların Statusu haqqında 1951-ci il Cenevrə Konvensiyası – Etnik təmizləmə nəticəsində məcburi köçkün düşən insanların geri qayıtmaq hüququ tanınır.

Beləliklə, Beynəlxalq hüquq Qərbi Azərbaycan icmasının zorla deportasiya edilməsi faktını tanıyır və onların öz doğma yurdlarına qayıtmaq hüququnu təsbit edir.

2.Sərhəd təxribatları 

Ermənistam ordusu faktiki olaraq artıq 1 aya yaxın vaxtdır ki, şərti sərhədlərdə atəşkəsi pozur. Mart ayının ilk həftələrində Ermənistanın MN  tərəfindən bu inkar edilirdisə, son 1 həftə ərzində erməni sakinlərinin videoçəkilişləri zamanı yaşadıqları kəndlərdə atəş səslərinin eşidilməsi ilə bağlı paylaşımları faktları inkar edən Ermənistan müdafiə nazirliyini, həm də eyni bəyanatlar səsləndirən Aİ mülki monitorinq missiyasını ifşa etdi. 

İstisna deyil ki, ABŞ - Rusiya danışıqlarının nəticəsi kimi Rusiyanın bölgəyə qayıdışından qorxan Paşinyan öz hakimiyyətini qorumaq üçün hərbi eskalasiyaya gedir və Ermənistan üzərində Qərbin təhlükəsizlik qarantiyasını genişləndirmək istəyir. Sirr deyil ki, bir neçə gün əvvəl Aİ Ermənistanın bu quruma üzvlüyünün mümkünlüyü ilə bağlı müsbət bəyanatlar səsləndirib. Beləcə, başda Fransa olmaqla Zəngəzurda möhkəmlənmək və Qafqazda yeni hərbi - siyasi konfiqurasiya formalaşdırmaq prosesinə start verilib.

Yuxarıda sadalananlar Ermənistanın bölgəni yeni müharibəyə qərq etməsi ilə bağlı atdığı addımların yalnız bir neçə istiqamətidir. Həm Ermənistanda , həm də Qərbdə odla oynadıqlarını başa düşməlidirlər. Baş verənlər Zıngəzura qayıdış məsələsinin Azərbaycan üçün necə vacib strateji əhəmiyyət daşıdığını bir daha sübut edir."


Sizin reklam burada
Sizin reklam burada