Deputat Ovik Ağazaryanın toxunulmazlıqdan məhrum edilməsi və sonradan ona qarşı cinayət təqibinin başlanması kifayət qədər problemlidir.
News365.az erməni mediasına istinadən xəbər verir ki, bu sözlər martın 27-də Ermənistan parlamentinin iclasında Nikol Paşinyanın keçmiş tərəfdaşı, deputat Ovik Ağazaryanın cinayət təqibinin başlanmasına razılıq verilməsi məsələsinin müzakirəsi zamanı hakim Vətəndaş Sazişi Partiyasından olan deputat Babken Tunyan tərəfindən səslənib.
Erməni deputatın sözlərinə görə, Ağazaryanın ətrafında yaranmış vəziyyət onun üçün o qədər də ürəkaçan deyil. "Ağazaryan həmişə müzakirələrə və ünsiyyətə açıq idi. Deyə bilərəm ki, bütün bu altı illik ünsiyyətimiz ərzində o, həmişə faydalı olmağa çalışıb. Bəlkə də buna görə vaxtaşırı belə vəziyyətlərə düşür",-deyə o, qeyd edib.
Qeyd edək ki, Ovik Ağazaryan dünən keçirilən parlament iclasında Paşinyanı bri daha baş nazir vəzifəsinə namizədliyini irəli sürməməyə çağırıb.