"Xəritə məsələsi Azərbaycan tərəfindən israrla gündəmə gətiriləcək "- Politoloqdan AÇIQLAMA

"Xəritə məsələsi  Azərbaycan tərəfindən israrla gündəmə gətiriləcək "- Politoloqdan AÇIQLAMA
28 Mar 2025 16:52

"Burada tarixi yanaşma ilə Azərbaycan Xalq Cümhuriyyətinin sərhədlərindən çıxış edilməsi göstərilib ki, bu xəritəyə üstünlük verilə bilər."

Politoloq Taleh Əliyev bunu News365.az-a açıqlamasında deyib. 

"Mən hesab edirəm ki, bu xəritə o zaman Azərbaycan tərəfindən israrla gündəmə gətiriləcək ki, Ermənistan qalib gəlmiş azərbaycanlı soydaşlarımızın öz doğma yurdlarına qayıtmasına şərait yaratmaq istəməyəcək və bu baxımdan Zəngəzur dəhlizindən “Azərbaycanın içindən Azərbaycana” prinsipi ilə, yəni heç bir gömrük yoxlaması olmadan Azərbaycanın əsas hissəsindən Naxçıvana keçidə problem yaratmayacağını təklif edəcək. Azərbaycan-Almatı Sülh Müqaviləsində təsbit olunmuş sərhədlər, yəni 1991-ci ildə BMT tərəfindən Azərbaycan və Ermənistanın suveren dövlət kimi tanındığı ərazilər çərçivəsində qəbul oluna bilər.

Əgər Ermənistan özünü yenidən belə çıxılmaz vəziyyətə gətirəcək və danışıqlar prosesinə problemlər yaradacaqsa, o zaman həm Azərbaycanın Konstitusiyasında, Müstəqillik Bəyannaməsində təsbit olunduğu kimi Azərbaycan Xalq Cümhuriyyətinin varisi olması, həm də Ermənistanın özünün hazırkı Konstitusiyasında istinad etdiyi Müstəqillik Bəyannaməsində yalnız Azərbaycana və qardaş Türkiyəyə ərazi iddialarından imtina etməsi deyil, eyni zamanda həmin sənəddə 1920-ci ildə mövcud olmuş Ermənistan Respublikasının varisi olduğu da ifadə olunmaqdadır.

Belə olan halda sual yaranır ki, söhbət hansı dövlətin varisliyindən gedir və “dövlət” deyildikdə ilk növbədə göz önünə gələn onun sərhədləri daxilindəki xəritəsi olur. Bu zaman Ermənistan tərəfi bu məsələdə üstün olmadığını bildiyi üçün çalışır ki, sizin də bildiyiniz kimi, 1970-ci illərin və ya ən son olaraq Almaniyada əldə olunmuş razılaşmalar zamanı əsas götürülən xəritələrə istinad edilsin. O halda biz də 1918-1920-ci illərin xəritələrini gündəmə gətirdik və vurğuladıq ki, bu, təkcə Azərbaycanın maraqlarına uyğun deyil, eyni zamanda tarixi reallıq baxımından daha ədalətli və daha doğru yanaşmadır.

Əgər hər iki ölkə özünü 1918-1920-ci illər Cümhuriyyətlərinin varisi hesab edirsə, o zaman onların sərhədləri daxilində öz fəaliyyətlərini davam etdirməlidirlər."


Sizin reklam burada
Sizin reklam burada