"Bu gün Hindistanın dünya silah bazarındakı rolu əhəmiyyətli deyil"- Elçin Mirzəbəyli

"Bu gün Hindistanın dünya silah bazarındakı rolu əhəmiyyətli deyil"- Elçin Mirzəbəyli
28 Mar 2025 16:42

"Prinsip etibarilə, bu gün Hindistanın dünya silah bazarındakı rolu əhəmiyyətli deyil və prinsip etibarilə, Hindistan hələ ki, öz ordusunu belə silah-sursat və müasir texnika ilə təmin etmək gücündə deyil."

Politoloq Elçin Mirzəbəyli bunu News365.az-a açıqlamasında deyib.

"Hindistan silah sənayesi sayəsində yüksək texnologiyalara malik olan bir dövlətdir. Hələlik keçmiş SSRİ-nin və Rusiyanın prototiplərini istehsal etməklə, qismən də Fransanın prototiplərini istehsal etməklə məşğuldur və bununla dünya bazarına çıxmağa cəhd göstərir.

Amma biz dünya bazarında, xüsusilə də ilk beşliyə daxil olan silah ixracatçısı dövlətlərin hansılar olduğunu və müdafiə sənayesinin hansı potensial üzərində qurulduğunu nəzərə alsaq, hələ ki, Hindistanın bütövlükdə aparıcı silah istehsalçısı olan dövlətlərlə münasibətlərini nəzərə alsaq, Ermənistanın bu istiqamətdə atacağı addımların hər hansı perspektiv vəd etmədiyini söyləyə bilərik. Təbii ki, burada eyni zamanda Rusiya faktorunu da nəzərə almaq lazımdır."


Sizin reklam burada
Sizin reklam burada