Amerikalı milyarder, "X" sosial media platformasının sahibi İlon Mask gözlənilməz qərarla şirkətini süni intellekt startapı olan xAI-yə satdığını elan edib.
33 milyard dollarlıq bu razılaşma "X" və xAI-nin gələcək inkişaf perspektivlərini birləşdirmək məqsədi daşıyır.
İlon Mask satışla bağlı açıqlamasında bildirib: "xAI və X bir-biri ilə sıx əlaqəlidir. Bu addım süni intellekt imkanlarının genişlənməsinə və daha güclü inteqrasiyaya şərait yaradacaq".
Qeyd edək ki, xAI Maskın süni intellekt sahəsindəki iddialı layihələrindən biri hesab olunur. Bu birləşmə X-in gələcək inkişafına hansı təsirləri göstərəcək, zaman göstərəcək