Ukrayna hərbçiləri Rusiya Silahlı Qüvvələrinin radioelektron mübarizə üsulları ilə məhv edilə bilməyən fiber-optik dronlardan istifadə etməsindən qorxuya düşüblər. Bu barədə Fransanın “Le Monde” qəzeti yazıb.
Ukraynalı hərbçilərdən biri nəşrə bildirib ki, Rusiya tərəfi hələlik toxunulmaz olan pilotsuz təyyarələrdən geniş miqyasda istifadə edir. O qeyd edib ki, bu, Ukrayna qoşunları üçün böyük problemdir. Çünki onları radioelektron mübarizə ilə dayandırmaq mümkün deyil.
Məqalə müəllifi qeyd edib ki, döyüş meydanında davamlı texnoloji tərəqqi nəzərə alınarsa, məhz Rusiya ordusu ən son texnologiyaların tətbiqində böyük uğurlar qazanıb.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural