Qurban Qurbanov Elvinə XƏBƏRDARLIQ ETDİ

Qurban Qurbanov Elvinə XƏBƏRDARLIQ  ETDİ
29 Mar 2025 10:35

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın və Azərbaycan yığmasının futbolçusu Elvin Cəfərquliyevdən danışıb.   

News365.az xəbər verir ki, o, “Turan Tovuz”a 4:1 hesabı ilə qalib gəldikləri matçdan sonra E.Cəfərquliyevin millinin heyətində Haitiyə qarşı (0:3) keçirilən matçda meydandan qovulmasına münasibət bildirib. 

Q.Qurbanov müdafiəçinin qırmızı vərəqələr almasına bu cür şərh verib:

“Nə siz bilirsiniz, nə mən bilirəm. İstəməyərək alınan qırmızı vərəqələrdir. Amma həmişə bunlar bir oyunçunun başına gəlirsə, deməli, nəsə problem var. Daha diqqətli olmalıdır”.


Sizin reklam burada
Sizin reklam burada