İrəvanda məşhur şirkətin rəhbəri qarət olundu

İrəvanda məşhur şirkətin rəhbəri qarət olundu
29 Mar 2025 10:46

Ermənistanda məşhur şirkətlərdən birinin rəhbəri qarət olunub. Bu barədə kriminal xəbər saytı olan "Shamshiyan" məlumat yayıb. 

Qeyd edilib ki, qalmaqallı oğurluq hadisəsi martın 25-də İrəvanda baş verib: "Saat 13:35 radələrində Daxili İşlər Nazirliyinin Baş Cinayət İdarəsinin İrəvan Cinayət Axtarış Bölməsinə Raffi küçəsində avtomobildən içərisində külli miqdarda pul və qızıl-zinət əşyaları olan çantanın oğurlanması barədə əməliyyat məlumatı daxil olub. 40 yaşlı İrəvan sakini Roza M. hadisə yerinə gələn kriminal polis əməkdaşlarına bildirib ki, həmin gün saat 12:40-13:15 radələrində Raffi küçəsində yerləşən 35 saylı evin arxasında dayanan “İnfiniti” markalı avtomobildən qapıların açıq olmasından istifadə edən oğrular çantanı aparıblar. O, çantada 2150 dollar, 395 min dram və 680 qram qızıl-zinət əşyalarının olduğunu da bildirib.  Roza M. Milena Suite MMC-nin direktorudur".

Tural


Sizin reklam burada
Sizin reklam burada