Elnarə Baxışa vəzifə verildi

Elnarə Baxışa vəzifə verildi
10:51

Elnarə Baxış İnci Clinic və İnci Laboratoriyalarının PR və marketinq şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

News365.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat verib.

Bildirib ki, yeni vəzifəsində klinika və laboratoriyaların kommunikasiya strategiyasının qurulması, brend dəyərinin gücləndirilməsi və ictimai etimadın artırılması istiqamətində fəaliyyət göstərəcək.

Qeyd edək ki, Elnarə Baxış bundan əvvəl Milli Kibertəhlükəsizlik Agentliyinin Elektron Təhlükəsizlik Xidmətində ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, daha öncə isə TƏBİB-də böyük məsləhətçi vəzifəsində çalışıb.


Sizin reklam burada
Sizin reklam burada