Karapetyanın fraksiyası parlamenti boykot edəcək

Karapetyanın fraksiyası parlamenti boykot edəcək
10:03

Ermənistanda “Güclü Ermənistan” fraksiyası parlamentin işində iştirakdan imtina edə bilər.

News365.az xəbər verir ki, bu barədə “Armlur” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, siyasi qüvvənin lideri Samvel Karapetyanın həbsindən sonra fraksiya daxilində Milli Assambleyanın iclaslarında iştirakın davam etdirilib-etdirilməməsi müzakirə olunur.

Lakin deputatlar arasında vahid mövqe yoxdur. Onların bir qismi hesab edir ki, boykot hakim siyasi qüvvəyə “hədiyyə” olar və hakimiyyət qanun layihələrini, qərarlarını maneəsiz qəbul etmək imkanı qazanar.

Nəşrin məlumatına görə, yekun qərar noyabrın 17-də parlamentin növbəti sessiyasında veriləcək.


Sizin reklam burada
Sizin reklam burada