Ruslar nəyi yalan deyir?

Ruslar nəyi yalan deyir?
09:33

“Abu-Dabi görüşündə Rusiya nümayəndə heyyətinin rəhbəri, Putinin köməkçisi və yaxın adamı olan Medinski görüşdən sonra Rusiyanın dövlət TV kanalına verdiyi müsahibədə deyib ki, Rusiya əsgərinin çəkməsinin dəydiyi yer artıq Rusiya torpağıdır, Rusiya əsgərinin ayağının dəydiyi yerdən heç vaxt çıxmır”.

Bu sözləri REAL Partiyasının sədri Natiq Cəfərli deyib.

O əlavə edəib ki, rus şovinistlərinin bu iddiası, təbliğatı absurd olduğu qədər də yalandır:

“Rus əsgərinin ayağı dəydiyi yerlərdən onlarla dəfə qovulub-çıxarılıb. Uzun-uzadı tarixə ekskurs etməyə lüzum da görmürəm, son 80-90 ilə baxaq:

1) Rusiya ordusu Şərqi Avropadan qovuldu,

2) Baltikyani ölkələrdən çəkildi,

3) Kubadan, Suriyadan qaçdı,

4) Azərbaycandan son 35 ildə 2 dəfə çıxmağa məcbur oldu,

5) Əfqanıstandan 8 ildən sonra qaçdılar.

Yəni, Ukraynada, bu gün bombaladıqları Çerkask vilayətində doğulub, uşaqlığını indi xaraba qoyduqları ölkədə keçirən manqurt Medinski, güya, tarixçidir, bu gün Rusiya məktəblərində onun da müəllifi olduğu dərsliklərdən istifadə edilir, amma, nə tarixini bilir, nə də çağdaş dünyaya uyğun kafaya sahibdir...”

News365.az


Sizin reklam burada
Sizin reklam burada