Azərbaycanın tanınmış müğənnisi Akif İslamzadə müasir musiqi və poeziya ilə bağlı fikirlərini bölüşüb. O, hazırkı dövrdə sənətin dəyişməsinin qaçılmaz olduğunu vurğulayıb.
News365.az xəbər verir ki, Akif İslamzadə cəmiyyətin sənətə yanaşmasını belə ifadə edib:
"Sənətləri nədirsə, geyimləri də odur. Mənə küçədə yaxınlaşırlar ki, niyə əvvəlki musiqilər, sözlər, mahnılar yoxdur. Mən deyirəm baxın dünyaya, dünya nədirsə, sənət də odur. Musiqi də, poeziya da odur."
Onun sözlərinə görə, dünya dəyişdikcə sənət də həmin dəyişikliyə uyğun formalaşır və bu, təbii prosesdir.