ADY 7,3 milyondan çox sərnişin daşıyıb

ADY 7,3 milyondan çox sərnişin daşıyıb
12:47

ADY bu ilin yanvar-avqust aylarında 7,3 milyondan çox sərnişin daşıyıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18% çoxdur.


ADY-dən news365.az-a verilən məlumata görə, qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 6.9 milyon (17% artım), rayonlararası marşrutlarla 396 min (15% artım), beynəlxalq Bakı-Tbilisi-Bakı marşrutu ilə isə 53 min sərnişin səfər edib.


Bu ilin avqust ayında ümumi sərnişindaşımada (913 568) 24% artım qeydə alınıb


Sizin reklam burada
Sizin reklam burada