Ağdərədə minaya düşən gənc xəstəxanadan evə buraxılıb

Ağdərədə minaya düşən gənc xəstəxanadan evə buraxılıb
14:10

Ağdərə rayonunun işğaldan azad edilmiş Papravənd kəndində mina partlayışı nəticəsində 2005-ci il təvəllüdlü Sərxan Bəxtiyar oğlu Rüstəmzadə sentyabrın 10-da minalardan təmizlənməmiş ərazidə atla hərəkət edərkən piyada əleyhinə minaya düşüb.

News365.az-ın Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) aldığı məlumata görə, yaralı həmin gün saat 21:00 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Ona sol diz oynağının əzilməsi və sol baldır nahiyəsinin açıq yaraları diaqnozu qoyulub. Pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən Sərxan Rüstəmzadə ambulator müalicə üçün evə buraxılıb.


Sizin reklam burada
Sizin reklam burada