Rusiya hava hücumundan müdafiə sistemləri ötən gecə ölkə üzərində Ukraynanın 777 ədəd PUA-sını məhv edib.
News365.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hücumlar nəticəsində Tula bölgəsində iki nəfər həlak olub.
PUA-lar Bryansk, Kursk, Belqorod, Oryol, Kaluqa, Voronej, Tula, Ryazan, Lipetsk, Nijni Novqorod, Saratov, Rostov, Samara vilayətləri, Perm vilayəti, Mari El Respublikası, Krım, Udmurtiya Respublikası əraziləri üzərində, eləcə də Qara dəniz və Xəzər dənizi üzərində vurulub.