Erməni general Hindistan bazasında

Erməni general Hindistan bazasında
12:40

General-mayor Aleksandr Tsakanyanın rəhbərlik etdiyi Ermənistan Silahlı Qüvvələrinin beş nəfərlik nümayəndə heyəti Hindistan Hərbi Hava Qüvvələrinin bazasına baş çəkib.


News365.az xəbər verir ki, bu barədə Hindistan Hərbi Hava Qüvvələri məlumat yayıb.


Məlumata görə, nümayəndə heyəti əməliyyat və texniki xidmət obyektlərinə baxış keçirib.


“Səfər Hindistan və Ermənistan arasında möhkəm müdafiə əlaqələrinin mövcudluğunu təsdiqləyib və müdafiə sahəsində əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edib”, - məlumatda bildirilib


Sizin reklam burada
Sizin reklam burada