ABŞ hərbçiləri vitse-prezident Ceyms Devid Vensi "Patriot" sistemləri üçün raket ehtiyatlarının tükənməsi barədə xəbərdar ediblər.
News365.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” mənbələrə istinadla məlumat yayıb.
“ABŞ vitse-prezidenti İranla hərbi münaqişəyə dair obyektiv qiymətləndirmə almaq məqsədilə Yaxın Şərqdəki hərbi rəhbərliklə birbaşa əlaqə saxlayıb. Hərbi rəsmilər vitse-prezidentə “Patriot” sistemləri üçün nəzərdə tutulmuş raket ehtiyatlarının və digər mühüm döyüş sursatlarının tükənməsi ilə bağlı narahatlıqlarını bildiriblər”, - məlumatda qeyd olunub.