Mirziyayev Paşinyanı təbrik etdi

Mirziyayev Paşinyanı təbrik etdi
12:30

Ermənistanın Baş naziri Nikol Paşinyan Özbəkistan Prezidenti Şövkət Mirziyayevlə telefon danışığı aparıb.


News365.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.


Məlumata görə, Mirziyayev Paşinyanı Ermənistan Respublikasının Baş naziri vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib və Ermənistanın ardıcıl inkişafının təmin olunması naminə ona uğurlar arzulayıb.


Tərəflər Ermənistan-Özbəkistan münasibətlərinin inkişafı və ikitərəfli gündəmlə bağlı məsələləri müzakirə ediblər. Ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində ardıcıl addımların atılmasının vacibliyi vurğulanıb


Sizin reklam burada
Sizin reklam burada