Süni intellekt Babildə 3 min il əvvəl yazılmış himni üzə çıxarıb

Süni intellekt Babildə 3 min il əvvəl yazılmış himni üzə çıxarıb
20:20

Süni intellekt Babildə 3 min il əvvəl yazılmış himni üzə çıxarıb.


 Babilə həsr olunmuş, təxminən 3 min il yaşı olan himni müəyyən ediblər.

Mətn Babil şəhərinin böyüklüyünü, sakinlərini və şəhərin himayədar tanrısı Marduku tərifləyir.

Araşdırma zamanı müxtəlif muzeylərdə saxlanılan 30-dan çox gil lövhədə eyni himnin parçaları aşkarlanıb. Süni intellekt bu mətnləri müqayisə edərək onların vahid əsərə aid olduğunu müəyyənləşdirməyə kömək edib.

Kəşf qədim Mesopotamiya ədəbiyyatının öyrənilməsində texnologiyanın imkanlarını bir daha nümayiş etdirib. 


Sizin reklam burada
Sizin reklam burada