Qafqaz Müsəlmanları İdarəsi (QMİ) İrəvandakı tarixi Göy məsciddə müsəlman ibadət məkanının mahiyyətinə uyğun olmayan tədbirin keçirilməsini ciddi şəkildə pisləyib və buna etirazını bildirib.
News365.az xəbər verir ki, bu barədə QMİ məlumat yayıb.
Bildirilib ki, bu hal Azərbaycan dini-mənəvi irsinə qarşı qeyri-etik və təhrifedici münasibətin göstəricisi, açıq vandalizm təzahürü və təxribatdır.