Arif Mirzəyev vəfat edib

Arif Mirzəyev vəfat edib
21:44

Azərbaycan musiqisinin tanınmış nümayəndəsi Arif Mirzəyev vəfat edib

Görkəmli bəstəkar və orqan ifaçısı, Əməkdar artist Arif Abdulla oğlu Mirzəyev noyabrın 10-da dünyasını dəyişib.

News365.az xəbər verir ki, musiqiçi uzun sürən xəstəlikdən sonra 83 yaşında Almaniyada vəfat edib.

Arif Mirzəyev 10 aprel 1944-cü ildə Bakıda anadan olub. O, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq ixtisası üzrə Qara Qarayevin sinfində təhsil alıb.

Azərbaycan musiqi tarixində dini-memorial, orqan və polifonik musiqinin əsasını qoyan sənətkar Şərq mədəniyyəti ilə Qərb klassik polifoniyasını öz yaradıcılığında birləşdirib.

Arif Mirzəyev sənət fəaliyyətinə görə “İohann Sebastyan Baxın varisləri” beynəlxalq medalına layiq görülüb.


Sizin reklam burada
Sizin reklam burada