Samuxda iritutumlu yük maşınında yanğın baş verib

Samuxda iritutumlu yük maşınında yanğın baş verib
20:50

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Samux şəhəri ərazisində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

News365.az xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.

Məlumat daxil olan kimi FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Samux Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları hadisə yerinə cəlb olunublar.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində avtoyuma məntəqəsinin daxilində yerləşən “HOWO” markalı yük avtomobilinin təkərində baş vermiş yanğın qısa müddətdə söndürülüb və alovun genişlənməsinin qarşısı alınıb.

Yanğın nəticəsində avtomobilin arxa təkərləri yanıb, nəqliyyat vasitəsinin digər hissələri yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.


Sizin reklam burada
Sizin reklam burada