İspaniyada ümumi tətil keçirilir

İspaniyada ümumi tətil keçirilir
20:40

İspaniyada milyonlarla insanın iştirakı ilə ümumi tətil keçirilir. Etirazçılar əməkhaqlarının artırılmasını və mənzil əlçatanlığının təmin olunmasını tələb edirlər.

News365.az xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb.

Məlumata görə, milyonlarla ispaniyalı 14 ildən sonra ilk dəfə ümumi tətilə qoşulub. Tətilin 24 saat davam edəcəyi bildirilir.

Etiraz aksiyaları əsasən həmkarlar ittifaqları və kirayəçi birlikləri tərəfindən dəstəklənir.

Bəzi şəhərlərdə, o cümlədən Barselona və Madriddə yolların bağlandığı, etirazçılarla polis arasında toqquşmaların baş verdiyi qeyd olunur.

Bildirilib ki, son on il ərzində İspaniyada kirayə haqları 80 faiz, mənzil xərcləri isə 63 faiz artıb.

Qeyd edək ki, kütləvi etirazlar noyabrın 29-na planlaşdırılan növbədənkənar seçkilərə üç həftədən az vaxt qalmış keçirilir.


Sizin reklam burada
Sizin reklam burada