Ermənistan Prezidenti Vaaqn Xaçaturyan noyabrın 10-da İrəvan və Vaşinqton arasında “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsi üzrə strateji əməkdaşlıq haqqında çərçivə sazişinin ratifikasiyasına dair qanunu imzalayıb.
News365.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl Ermənistan parlamenti ABŞ və Ermənistan arasında imzalanmış “Tramp Marşrutu” (TRIPP) adlı strateji infrastruktur və tranzit sazişinin ratifikasiyasını 63 lehinə, 32 əleyhinə səslə təsdiqləyib.