Boliviyada dinozavrlara aid 16 mindən çox ayaq izi aşkarlanıb

Boliviyada dinozavrlara aid 16 mindən çox ayaq izi aşkarlanıb
21:20

Boliviyada dinozavrlara aid 16 mindən çox ayaq izi aşkarlanıb.

News365.az xəbər verir ki, Boliviyada aparılan araşdırmalar zamanı dinozavrlara aid 16 600-dən çox ayaq izi aşkarlanıb.

Tapıntılar Torotoro Milli Parkının ərazisində yerləşən Carreras Pampa bölgəsində qeydə alınıb.

Tədqiqatçılar ərazidə 1 378 üzmə izi də müəyyən ediblər. Bu izlər qədim dinozavrların yalnız quruda deyil, su hövzələrində də hərəkət etdiyinə dair mühüm məlumatlar verir.

Aşkarlanan izlərin sayı həmin ərazini bir məkanda qeydə alınmış ən böyük dinozavr ayaq izi kolleksiyalarından birinə çevirir. 


Sizin reklam burada
Sizin reklam burada