Bu yolda sürət həddi bərpa olundu - YENİLƏNİB

Bu yolda sürət həddi bərpa olundu - YENİLƏNİB
11:56

Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakının Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

News365.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

***

Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi müvəqqəti olaraq azaldılıb.

News365.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yolda bütün hərəkət zolaqları üzrə müəyyən edilmiş sürət həddi 20 km/saat endirilib.

Bununla əlaqədar Mərkəzin əməkdaşları tərəfindən elektron məlumat tablolarında "sürüşkən yol" işarəsi aktivləşdirilib.

Sürücülərdən hava şəraitini nəzərə almaları və müəyyən edilmiş sürət həddinə əməl etmələri xahiş olunur.


Sizin reklam burada
Sizin reklam burada