Naibə Allahverdiyevanın səhhəti pisləşdi: Yenidən xəstəxanaya aparıldı

Naibə Allahverdiyevanın səhhəti pisləşdi: Yenidən xəstəxanaya aparıldı
16:30

Əməkdar artist Naibə Allahverdiyevanın səhhəti ötən gecə qəfil pisləşib. Yüksək qan təzyiqi səbəbindən tibbi yardıma ehtiyac duyan aktrisanın müalicəsi hazırda davam etdirilir.

News365.az-ın məlumatına görə, Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən bildirilib ki, aktrisanın təzyiqi yüksəldikdən sonra təcili tibbi yardım çağırılıb. Ona ilkin yardım göstərilsə də, qan təzyiqi normaya düşmədiyindən yenidən xəstəxanaya aparılması zərurəti yaranıb.

Hazırda Naibə Allahverdiyeva təzyiqi ilə bağlı müalicə alır.


Sizin reklam burada
Sizin reklam burada