Azərbaycanda pensiyaçılara hər üç aydan bir əlavə 30 manat ödəniləcəyi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıqlama verib.
Nazirlik sosial şəbəkələrdə pensiyaçılara rübdə bir dəfə əlavə 30 manat ödəniləcəyi ilə bağlı yayılan məlumatların doğru olmadığını bildirib.