Rusiyanı ittiham ETDİ - Rumıniya Prezidenti

Rusiyanı ittiham ETDİ - Rumıniya Prezidenti
15:26

Rumıniya Prezidenti Nikuşor Dan Qara dənizdə göyərtəsində Azərbaycan vətəndaşlarının da olduğu ticarət gəmisinin batmasında Rusiyanı günahlandırıb.

News365.az xəbər verir ki, bu barədə “TVR Info” xəbər yayıb.

    “Bu hadisə Rusiyanın Ukraynadakı müharibə kontekstində həyata keçirdiyi eskalasiya prosesinin bir hissəsidir”, - Rumıniya Prezidenti bildirib.

    Qeyd edək ki, bu gün Qara dənizdə Azərbaycan və Ukrayna vətəndaşlarının olduğu "Xoriv" (Khoryv) adlı ticarət gəmisinin Rumıniyanın Konstansa limanından 13 dəniz mili məsafədə batdığına dair məlumat yayılıb. Məlumata görə, gəmidə ümumilikdə 13 nəfər olub. Onlardan 10 nəfəri Ukrayna, üç nəfəri isə Azərbaycan vətəndaşıdır. Hadisə nəticəsində bir dənizçinin öldüyü, 3 nəfərin itkin düşdüyü, 9 nəfərin isə xilas edildiyi bildirilib.

    Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen isə gəminin vurulduğunu açıqlayıb.


    Sizin reklam burada
    Sizin reklam burada