Çindən Arktika ilə bağlı xəbərdarlıq: “Geosiyasi qarşıdurma regiona zərər verir”

Çindən Arktika ilə bağlı xəbərdarlıq: “Geosiyasi qarşıdurma regiona zərər verir”
15:10

Arktika təkcə təbii ehtiyatları və strateji mövqeyi ilə deyil, həm də böyük dövlətlərin maraqlarının toqquşduğu bölgə kimi diqqət çəkir. Regionda geosiyasi rəqabətin güclənməsi beynəlxalq münasibətlərdə yeni müzakirələrə yol açarkən, Çin bu ərazidəki fəaliyyətinin sülh və əməkdaşlıq prinsiplərinə əsaslandığını bəyan edib.

News365.az-ın “Sinxua”ya istinadən məlumatına görə, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq ölkəsinin Arktikadakı fəaliyyətinin beynəlxalq hüquqa uyğun olduğunu bildirib.

Diplomatın sözlərinə görə, Arktikada sabitliyin qorunması və davamlı inkişafın təmin edilməsi beynəlxalq ictimaiyyətin ortaq maraqlarına xidmət edir. O vurğulayıb ki, bütün dövlətlərin bu bölgədə beynəlxalq hüquqla müəyyənləşdirilən hüquq və azadlıqlarına hörmətlə yanaşılmalıdır.

Mao Ninq, həmçinin Arktikanın geosiyasi qarşıdurma meydanına çevrilməsinin mümkün nəticələrinə diqqət çəkib. Onun fikrincə, Soyuq müharibə dövrünə xas yanaşmaların yenidən gündəmə gətirilməsi, ölkələr arasında parçalanmanın dərinləşdirilməsi və qarşıdurmanın təşviqi regionda sülhə, sabitliyə və inkişafa mənfi təsir göstərə bilər.


Sizin reklam burada
Sizin reklam burada