Fransada Avropa İttifaqının bayrağı ilə bağlı istehzalı paylaşım siyasi müzakirələrə səbəb olub. “Patriotlar” partiyasının lideri Florian Filippot güclü küləyin bələdiyyə binasının üzərindən Aİ bayrağını qoparmasına münasibət bildirərək, Avropa İttifaqına qarşı tənqidi mövqeyini bir daha nümayiş etdirib.
News365.az-ın “France 24”ə istinadən məlumatına görə, 2027-ci il Fransa prezident seçkilərində namizədliyini irəli sürən Filippot hadisə ilə bağlı “X” sosial şəbəkəsində paylaşım edib.
Siyasətçi küləyin bayrağı binanın üzərindən götürməsini şərh edərkən, “Külək sayəsində mavi ulduz naxışlı dəsmalın biri də azalıb” ifadəsini işlədib.
Filippotun bu sözləri onun Avropa İttifaqına qarşı tənqidi mövqeyini əks etdirən növbəti açıqlama kimi qiymətləndirilir. Siyasətçi Fransanın təşkilatdan çıxmasını müdafiə edən mövqeyi ilə tanınır.
Paylaşım Fransa siyasətində Avropa İttifaqının rolu və ölkənin təşkilatla gələcək münasibətləri ətrafında müzakirələri yenidən gündəmə gətirib.
News365.az