Gəncədə QƏZA: Yaralananlar var

Gəncədə QƏZA: Yaralananlar var
13:55

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

News365.az xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

    Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 1973-cü il təvəllüdlü A.Quliyev, 1982-ci il təvəllüdlü V.Məmmədov, 1988-ci il təvəllüdlü M.Məmmədova və 2012-ci il təvəllüdlü A.Məmmədli xəsarət alıb.

    Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin kafi olduğu bildirilir.


    Sizin reklam burada
    Sizin reklam burada