Xalq artisti Zaur Rzayevin müalicəsi reanimasiya şöbəsində davam etdirilir. 74 yaşlı sənətçinin səhhətində hələlik yaxşılaşma qeydə alınmayıb.
News365.az-ın sorğusuna cavab olaraq Mərkəzi Neftçilər Xəstəxanasından bildirilib ki, hazırda reanimasiyada müalicə alan sənətçinin vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, Zaur Rzayevə qaraciyər sirrozu, assit və toksiki ensefalopatiya diaqnozları qoyulub.