Bir neçə şəxs mərhum respublikaçı senator Lindsi Qrehemi eskort xidmətlərindən istifadə etməkdə ittiham edib.
News365.az xəbər verir ki, bu barədə “Nyusvik” jurnalı məlumat yayıb.
Məlumata görə, ittiham irəli sürən şəxslərdən biri siyasətçi ilə görüşdüyü zaman yetkinlik yaşına çatmadığını iddia edib.
“The CLOSETocracy” filmində Qrehemin Arizonada və Vaşinqtonda cinsi əlaqə müqabilində kişilərə pul ödədiyini iddia edən şəxslərin ifadələrinə yer verilib. Filmdə Kelvin adı ilə təqdim olunan şəxs 2001-ci ildə Arizonada Qrehemlə görüşdüyünü və həmin vaxt 17 yaşında olduğunu iddia edib. Onun sözlərinə görə, Qrehem cinsi əlaqə müqabilində ona 120 dollar ödəyib. Kelvin bildirib ki, Qrehem ondan bir neçə dəfə yaşını soruşub, o isə israrla 18 yaşında olduğunu deyib.
Kori və Cessi adı ilə təqdim olunan daha iki kişi də Qrehemlə cinsi görüşlər barədə danışıb. Onların iddialarına görə, görüşlər Arizonada və 2012-ci ildə Vaşinqtondakı bir oteldə baş tutub. Cessi həmin görüşə görə 260 dollar aldığını iddia edib.
Nəşr qeyd edib ki, irəli sürülən ittihamlar müstəqil şəkildə təsdiqlənməyib.
Bildirilib ki, Arizonada cinsi əlaqəyə razılıq yaşı 18-dir və yetkinlik yaşına çatmayan şəxslər cinsi əlaqəyə hüquqi razılıq verə bilməzlər. Belə əməllər şəraitdən asılı olaraq ağır cinayət kimi qiymətləndirilə bilər.