1898-ci ildə Morgan Robertson tərəfindən "Titan" adlı böyük bir gəminin batmasını təsvir edən "Futility, or the Wreck of the Titan" adlı romanı yazıb.
Maraqlıdır ki, 14 il sonra Titanik gəmisinin batması bu romanda yazılan ssenari ilə olduqca bənzərdir. Romanda Titan adlı gəmi aysberq ilə toqquşaraq batır.
News365.az-in əldə etdiyi məlumata gorə, əsərdəki Titan gəmisi ilə real batan Titanik arasında aşağıdakı oxşarlıqlar var:
*Hər iki gəmi böyük və lüksdür. Titanikin uzunluğu 269 metr idi, Titan gəmisinin uzunluğu isə 243 metrdir.
*Həm Titan, həm də Titanik Atlantik okeanında bir aysberq ilə toqquşaraq batır.
*Hər iki gəmi "Batmayacaq gəmi" ifadəsi ilə anons edilmişdi.
*Hər iki gəmi İngiltərədən Amerikaya yola düşmüşdü.
*Hər iki gəmi ilk səfərində faciə ilə üzləşir, batır.
*Hər iki gəminin sürəti bir-birinə çox yaxın idi - 46 km/saat, 43 km/saat
*Hər iki gəmidə sərnişinləri xilas etmək üçün lazımi qədər xilasedici qayıq olmur. Titan gəmisində 3,000 sərnişin olduğu halda, yalnız bir neçə yüz nəfəri daşıyacaq qədər qayıq var idi. Eyni problem Titanikdə də müşahidə olundu, çünki 2453 sərnişin üçün cəmi 20 xilasedici qayıq mövcud idi (1178 nəfərlik).
Çox böyük təsadüf kimi görünən bu hadisəni yazıçı belə açıqlayır: Kitabdakı təsvirlər gəmiçilik sənayesindəki tendensiyalardan və onun gəmi dizaynları haqqındakı bilikləri əsasında yazılıb. Bu, xüsusi güclə gələcəyi görmək yox, biliklər əsasında yaxşı təxminlər etmək deməkdir.